DataLife Engine > Sosial > Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!" -

Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!" -


2-12-2016, 02:25. Yerləşdirdi: sefa Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!" -

Bir qrup ictimai fəallar sosial şəbəkələrdə yeni kampaniyaya start veriblər.

Xalqİnfo.az Mia.az-a istinadən xəbər verir ki, "Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!" devizi altında Azərbaycan prezidentinə ünvanlanan müraciətdə aşağıdakıları problemlərəin təmin edilməsi istənilib:

"1. Uşaqlıqdan 1-ci qrup əlillərə və əmək stajı olmayan əlillərə təyin edilən müavinətlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək həmin məbləğ yaşayış minimumuna uyğunlaşdırılsın.

2. Daimi qulluğa ehtiyacı olan 1-ci qrup əlillərə qulluq edən şəxslərə qulluq üçün minimum yaşayış məbləğindən az olmayan həcmdə müavinət təyin edilsin.

3. Prezident administrasiyası da daxil olmaqla bütün inzibati binalarınn girişlərində qaldırıcı qurğular quraşdırılmaqla əlil arabası istifadəçilərinin rahat girişi təmin edilsin.

4. Şəhər nəqliyyatının (metro, avtobuslar) və şəhərlərarası nəqliyyatın (şəhərlərarası avtobuslar, qatarlar) təcili olaraq əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılması istiqamətində, əlil arabası istifadəçilərinin birbaşa iştirakı ilə xüsusi tədbirlər planı hazırlansın və yetərincə büdcə ayrılaraq icra olunsun.

5. Əlilliyi olan insanlar üçün uyğunlaşdırılmış avtobusları və digər nəqliyyat növlərini respublikaya gətirən sahibkarlar bütün növ rüsum və ödəmələrdən azad edilsin. Hər il uyğunlaşdırılmış nəqliyyat növünün ümumi nəqliyyat növünə nisbətdə faiz dərəcəsi artırılsın.

6. Əlilliyi olan insanlar uyğunlaşdırılmış nəqliyyat növlərinin mövcudluğu, iş saatları və s.barədə elektron hökümət sisteminin tərkib hissəsi kimi məlumatlandırılsın. Bundan başqa, ictimai nəqliyyat növlərindən istifadənin səmərəliliyini artırmaq üçün yollar, səkilərin hündürlüyü (və yaxud səkilərin dayanacaq hissəsi) və yol keçidlərində ramplar (panduslar) beynəlxalq standartlara uyğunlaşdırılsın. Standartlara riayət etməyən tikinti şirkətləri cərimə edilsin və cərimə məbləğləri həmin standartların bərpa edilməsinə yönəldilsin.

7. İctimai məkanlarda əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılmış tualetlər tikilsin və ya quraşdırılsın.

8. Əlil arabası istifadəçilərinin müstəqil hərəkət etmək hüququnu təmin etmək məqsədilə (aldıqları travmanın dərəcəsindən asılı olaraq) onlar dövlət hesabına fiziki parametrlərinə uyğun olan aktiv tipli və elektrik mühərrikli əlil arabaları, eləcə də onlara qulluğu yüngülləşdirən digər avadanlıqlarla təmin edilsin və bu barədə müvafiq qanunvericilik qəbul edilsin. (Adətən belə arabaların və qurğuların patentləri alınaraq ölkə daxilində istehsalına başlanır, xüsusi təlimlər keçməklə, əlilliyi olan insanları bu sahəyə cəlb etmək və onların məşğulluq problemini qismən də olsa həll etmək olar. Bir çox MDB ölkələrində hətta əlil arabaları ilə təminatla bağlı müvafiq qanunvericilik mövcuddur). Başlanğıcda, elektrik mühərrikli arabaların və bahalı qurğuların 10 ildən artıq müddətə güzəştli (faizsiz) kredit hesabına alınmasına şərait yaratmaq olar.

9. Əlilliyi olan insanların əmək hüquqları barədə kütləvi informasiya vasitələrində yanlış informasiyanın və təsəvvürlərin yayılmasına və onlara qarşı tətbiq edilən differensial yanaşmaya son verilsin.

10. Əlilliyi olan insanların, xüsusilə də əlil arabası istfadəçilərinin kvotalar üzrə məşğulluğunu təmin etmək məqsədilə iş yerlərində xüsusilə əlil arabası istifadəçiləri üçün müvafiq şərait yaradılması məqsədilə işə götürənlərə dövlət büdcəsindən vəsait ayrılsın.

11. Baş-beyin və onurğa sütunu zədələnmələri və xəstəlikləri nəticəsində dayaq-hərəkət aparatının funksiyaları pozulmuş әlilliyi olan insanların reabilitasiyasının həyata keçirilməsi üçün yerimə robotu kimi avadanlıqlar da daxil olmaqla müasir reabilitasiya vasitələri ilə təchiz edilmiş ixtisaslaşdırılmış reabilitasiya mərkəzləri yaradılsın.

12. Ümumi səbəbdən əlillərin mənzillə təminatı sahəsində yaranmış durğunluğu aradan qaldırmaq və bu kateqoriya insanların mənzil hüququnu təmin etmək məqsədilə sahibkarlara yeni tikilən binaların 1-ci və 2-ci mərtəbələrində hərəkət məhdudiyyətli insanlar üçün mənzillər ayrılması və bunun müqabilində həmin sahibkarlara müvafiq güzəştlərin təqdim edilməsi təklif edilsin.

13. Əmək fəaliyyəti ilə məşğul olan ümumi səbəbdən əlillərin vergi tutulmalı olan aylıq gəliri 1-ci qruplar üçün 500 manat, 2-ci qruplar üçün 250 manat və 3-cü qruplar üçün 120 manat məbləğində azaldılsın".


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt