DataLife Engine > Sosial > `Facebook`da bütün saxta profillər bağlanacaq

`Facebook`da bütün saxta profillər bağlanacaq


23-11-2016, 08:05. Yerləşdirdi: sefa `Facebook`da bütün saxta profillər bağlanacaq

“Facebook” yaxın günlərdə daha bir yeniliyə imza atacaq.

Xalqİnfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin qurucusu və rəhbəri Mark Zukerberq özü açıqlama verib.

O, bildirib ki, bundan sonra “Facebook”da saxta profil açmaq mümkün olmayacaq.

“Bu günədək saxta profil açanların səhifələri bağlanacaq. Hazırda bunun üçün ciddi işlər görülür”, -deyə Zukerberq söyləyib.

O, prosesin necə və hansı formada aparılacağı haqda əlavə məlumat verməyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt