DataLife Engine > Sosial > Bakının bu qəsəbələri təhlükə ilə üz-üzədir...

Bakının bu qəsəbələri təhlükə ilə üz-üzədir...


16-11-2016, 09:34. Yerləşdirdi: sefa Bakının bu qəsəbələri təhlükə ilə üz-üzədir...

Pərakəndə tikintilər, qeyri-qanuni müdaxilələr Bakıətrafı ərazilərdə bataqlıqlar yaradıb. Son günlər əraziyə düşən aramsız yağışların təsiri nəticəsində bu problem özünü daha qabarıq göstərməyə başlayıb.

"Xalqİnfo" ATV.az-a istinadən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, artıq bataqlıqların əmələ gəlməsinin birinci mərhələsi başlayıb. Ən kritik durum Ramana qəsəbəsindəki Şuşa şəhərciyi və Savalan qəsəbəsində qeydə alınıb.

“Ramana qəsəbəsi və Şuşa şəhərciyi deyilən bu ərazilər artıq bataqlaşmaya doğru gedir. Qrunt sularının səviyyəsi yer səthindən qat-qat yüksəkdir".

Rafiq Həsənovun sözlərinə görə, bataqlıq ərazilər 4 hissəyə bölünüb. Binəqədi rayonunun Biləcəri, Masazır, Sabunçu rayonunun Maştağa, Savalan, Ramana qəsəbələri və Daş Karxanası adlanan ərazilərdə subasma tez-tez müşahidə edilir. Həmin yerlərdə bataqlıq əmələ gəlib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Geri qayıt