DataLife Engine > Sosial > Azərbaycana turist axını güclənəcək -

Azərbaycana turist axını güclənəcək -


21-10-2016, 22:31. Yerləşdirdi: sefa Azərbaycana turist axını güclənəcək -
Oktyabrın 20-də Brüsseldə Avropa Mətbuat Klubunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanlarına dair forum keçirilib.

Xalqİnfo.az xəbər verir ki, Trend-in məlumatına görə, tədbirdə bildirilib ki, yeni “viza ölkəyə girişdə verilir” rejimi qüvvəyə mindikdən sonra, rəsmi rəqəmlərə əsasən 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycana Körfəz Əməkdaşlığı Şurası (GCC) ölkələrindən 30 mindən artıq turist gəlib. Azərbaycanda və xüsusilə Bakıda bir həftəlik tətil üçün uçuş qiyməti də daxil olmaqla orta hesabla 700 ABŞ dolları xərc baxımından çox real bir dəyərdir və burada keyfiyyətin səviyyəsi aşağı düşmür. Bütövlükdə, bu müddətdə ölkəyə 972 min turist gəlib.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru və Belçikanın sabiq xarici ticarət naziri Mark Vervilghen deyib: “Hətta səyahətlərin həyat tərzimizin bir hissəsi olduğu Benelüks ölkələrində də biz möhtəşəm Azərbaycan haqqında xəbərsizik. Bu ölkə çox mühüm coğrafi məkanda, çoxsaylı yolların kəsişməsində – Avropa və Asiya, Şərq və Qərb arasında yerləşir.”

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib: “Azərbaycan Avropaya daha da yaxınlaşır və Avropa dəyərlərinə hörmətlə yanaşır. Mən Belçika və digər Avropa ölkələrindən olan dostlarımızı ölkəmin turizm imkanları haqqında düşünməyə çağırıram. Növbəti ildə biz Avropa İttifaqı ilə əməkdaşıq haqqında yeni sazişin imzalanması istiqamətində çalışırıq. Bu, yeni turizm imkanları yaradacaq. Burada iştirak edənlərin hamısını öz ölkəmə dəvət edirəm.”

KPMG Azərbaycan” şirkətinin Hüquq Xidmətləri Departamentinin direktoru və Azərbaycan-ABŞ Ticarət Palatasının (AMCHAM) Turizm Komitəsinin rəhbəri Fərid İsayev deyib: “AMCHAM tövsiyyə edib ki, “ölkəyə girişdə viza” verilməsini təmin edən ölkələrin siyahısı genişləndirilməlidir, buraya Avropa ölkələri və ABŞ da daxil edilməlidir. Biz, həmçinin, tövsiyyə edirik ki, “Açıq Səma” siyasəti həyata keçirilməlidir və bununla hava daşıyıcılarının sayı artırılmalıdır. Rəqabəti artırmaqla qiymətlərin aşağı düşməsinə şərait yaradılacaq.”

Nomade Aventure” şirkətinin sahə meneceri, bu yaxınlarda “TV5 Monde” kanalında nümayiş etdiriləcək Azərbaycan bölgələrinin füsunkar gözəlliyi haqqında tam metrajlı filmin prodüseri İssa Smatti: “Bu filmin ərsəyə gəlməsi üçün mən, Bakıdan 200 km aralıda yerləşən Xınalığa səfər etdim. Bu şəhərciyin əhalisi unikal bir dildə danışır və irslərini itirmədiklərinə görə çox fəxr edirlər. Orada otel yoxdur, şəxsi evlərdə qalmaq lazımdır. Bu çox rahatdır və insanlar çox qonaqpərvərdirlər. Onların mətbəxi də çox gözəldir. Azərbaycanın şimal bölgəsində yaşayan azərbaycanlılar xaricilərə ehtiramla yanaşırlar.”

Leuven Universitetinin professoru, “Travel” jurnalının təsisçisi və baş redaktoru Robrext Villaert bildirib ki, Azərbaycanı Belçikada tanıtmaq üçün hərtərəfli təbliğat platformasına ehtiyac var: "Belçika spesifik bir bazardır və istehsalçı şirkətlər çox vaxt məhsulu sınamaq üçün onu mini Avropa kimi qəbul edirlər. Belçikalılar yeni məkanlarda təcrübə əldə etməyi sevirlər. Bunun üçün mövcud və yeni medianın imkanlarından istifadə etməklə təşviqat və təbliğat proqramının olması zəruridir. Azərbaycan başqalarından seçilən unikal mədəni irsinə xüsusi diqqət yetirməldir. Benelüks ölkələrində təbliğat aparılsa, beş il ərzində buradan olan turistlərin sayı başqalarını üstələyəcək”.

Gilan Hospitality Group” şirkətinin baş icraçı direktoru Elgün Məmmədovun sözlərinə görə, 10 il bundan əvvəl Azərbaycana yalnız işgüzar səfər məqsədi ilə gəlirdilər: " 2014-cü ilə qədər buraya gələn turistlər əsasən MDB ölkələrindən, Türkiyə və Avropadan idi. Lakin, bundan sonra turistlər əsasən Körfəz Əməkdaşlığı Şurası (GCC) ölkələrindən olublar. Azərbaycan 2012-cı ildə Avroviziya mahnı müsabiqəsini keçirdikdə turizm sektorunda böyük fəallaşma olub. O vaxt təkcə iki həftə ərzində ölkəyə 50 min turist səfər edib. Növbəti beş il ərzində Formula 1 Avropa Qran Prisinin Bakıda keçirilməsi davam edəcək.Bütün Azərbaycan rayonları arasında Qəbələ ən yaxşı turizm infrastrukturuna malikdir. Burada xizəkdən tutmuş neftlə müalicə, təbiət gəzintilərinə qədər xidmətlər təqdim olunur, uşaqların əyləncəsi üçün “Qəbələnd” parkı da vardır. “Gilan” şirkətinin Qəbələ, Bakı və ölkənin digər yerlərində bir sıra yüksək keyfiyyətli otelləri fəaliyyət göstərir.”

ABŞ-da yaşayan azərbaycanlı jurnalist, “Azerbaijan – Culture Smart! Ənənələr və Mədəniyyətə dair Vacib Bələdçi” kitabının müəllifi Nikki Kazımova: “Gənc səyahətçilər daha çox rayonlarda evlərdə qalırlar. Belə ki, qərb tur operatorlarının yerli tərəfdaşları olmalıdır və onlar bu konteksdə milli adət-ənənələrə diqqət yetirməlidirlər. Azərbaycanda qonaqpərvərlik müqəddəsdir və ənənəvi evlərdə qonaqlar üçün ayrılmış otaqlar olur. Azərbaycanda vacib ifadələrədən biri də “qonağım ol” ifadəsidir. Turizm də ölkəyə yeni təsirlər gətirir və bu çox gözəl haldır. Mənim ölkəm haqqında, xüsusilə qadının rolu və din haqqında, bir çox yanlış təsəvvürlər aradan qaldırılmalıdır.”

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -
Azərbaycana turist axını güclənəcək -

Geri qayıt