DataLife Engine > Sosial, MANŞET > Baş pediatr valideynlərə xəbərdarlıq edib

Baş pediatr valideynlərə xəbərdarlıq edib


2-08-2016, 14:05. Yerləşdirdi: Tural Baş pediatr valideynlərə xəbərdarlıq edib"Yay mövsümündə məhsullar tez xarab olduğu üçün uşaqlara qidalar təzə-təzə verilməlidir".

Xalqinfo.az bildirir ki, bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib.

O bildirib ki, yay aylarında, xüsusilə körpə uşaqlara verilən qidanın tərkibini dəyişmək olmaz: "Yay mövsümündə körpə uşaqların qidalanmasında əlavə yeməklərə keçmək olmaz. Əlavə qidalar veriləcəksə, bunu ilin sərin aylarına saxlamaq lazımdır. Əgər körpənin 6 ayı yayda tamam olubsa, əlavə qidalara keçmək üçün bir-iki ay gözləmək lazımdır. Bundan başqa, uşaqlara yaşına uyğun olmayan qida vermək olmaz. Həddindən artıq soyuq və ya isti qidalar vermək də məsləhət deyil. Yay mövsümündə ən çox zədələnən orqanlardan biri də mədə-bağırsaq sistemidir".

Uşaqlara yemiş-qarpız verilməsinə gəlincə, həkim bildirib ki, bunun üçün həmin məhsulların tərkibini bilmək lazımdır: "Əslində, uşaqlara bir yaşından sonra yemiş-qarpız vermək olar. Bir şərtlə ki, məhsulun kimyəvi maddələr verilmədən yetişdirilib-yetişdirilmədiyini biləsən. Bunu da heç kim təyin edə bilmədiyi üçün konkret bir söz demək olmur".

Baş pediatr əlavə edib ki, böyüklər yedikləri qarpızın mənfi təsirini görməsələr, həmin məhsuldan uşağa verə bilərlər.


Xalqinfo.az
Geri qayıt