DataLife Engine > Sosial, Mədəniyyət > YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib

YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib


8-07-2016, 18:16. Yerləşdirdi: Tural YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edibYARAT Müasir İncəsənət Məkanı iyulun 8-də Qax Dövlət Rəsm Qalereyasında “Zamanın izləri” adlı səyyar sərgi təşkil edib. Sentyabrın 10-dək davam edəcək sərgidə YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasında olan foto və video əsərlər nümayiş etdirilir.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində rayon rəhbərliyi, YARAT Müasir İncəsənət Məkanının təmsilçiləri, incəsənət həvəskarları iştirak ediblər.

Mərasimi YARAT Müasir İncəsənət Məkanının təmsilçisi Hökümə Kərimova açaraq “Zamanın izləri” adlı səyyar sərginin regionlarda ilk olaraq Qax rayonunda təşkil edildiyini, daha sonra bir neçə rayonda sənətsevərlərə təqdim ediləcəyini diqqətə çatdırıb.

Qax rayon mədəniyyət və turizm şöbəsinin müdir əvəzi Dilarə Əzizova regionlarda belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, sərginin açılışının rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayıb, ilk səyyar sərginin məhz Qax rayonunda təşkilinə görə YARAT-ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.

Mərasimdə YARAT Müasir İncəsənət Məkanının direktoru və bədii rəhbəri Bjorn Geldhof çıxış edərək, Mərkəzin Aida Mahmudova tərəfindən təsis edildiyini və YARAT-ı təmsil etməyindən qürur duyduğunu bildirib. Səyahət etməyi xoşladığını, Azərbaycanın bir çox regionlarına səfər etdiyini vurğulayan Bjorn Geldhof Qaxın çox gözəl məkan olduğunu diqqətə çatdırıb. O bildirib ki, tamaşaçılar sərgiyə baxdıqları zaman müasir incəsənətlə daha yaxından tanış ola biləcəklər.

YARAT Müasir İncəsənət Məkanının direktoru sərginin təşkilinə göstərdikləri dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə və Qax Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Sərginin kuratoru Fərəh Ələkbərli səyyar sərgi haqqında qısa məlumat verib. Bildirilib ki, sərgidə Azərbaycanın, eyni zamanda, türk, gürcü və rus rəssamlarının video, foto və digər əsərlərindən ibarət kolleksiya nümayiş etdirilir. Bu kolleksiyada gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib və tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Məlumat verilib ki, “Zamanın izləri” adlı sərgi film və fotoqrafiya üzrə çalışan yerli və regionlarda yaşayan müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.

Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur. Fərid Rəsulov “Ətalət” adlı video əsərində Qurban bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırıb. Lakin hadisələr videoda əks dövriyyədə cərəyan edirlər və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşirlər. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir.

Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir.

Zamir Süleymanov və Emin Əzizbəylinin “Astar” adlı qısametrajlı filmi bir gəncin gündəlik çayxana, əyləncə mərkəzləri, tozlu küçələr və tərkedilmiş çimərliklərdən ibarət həyatını göstərir. Bu rutin Azərbaycan gəncləri arasında geniş yayılmış mənsubiyyətsizlik və qaçış hissini təsvir edir. Oxşar sıxışma hissi Koka Ramişvilinin “Çay, kofe və süd" videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyyələrdə ilişmiş mayeləri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq post sovet Gürcüstanının reallıqlarını proqresin onun məqsədindən vaz keçməsi kimi görünür.

Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir. Zamir Süleymanovun “Qərar videosu” İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərindən təşkil olunan rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində delikat şəkildə oynayır.

Nevin Aladağın “Beş daş oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü təsdiq edir.

Sərgi ilə tanışlıq tamaşaçılarda böyük maraq doğurub.

Qaxdan sonra bu sərginin Zaqatala rayonunda da təşkil edilməsi nəzərdə tutulub.
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib
YARAT Müasir İncəsənət Məkanı sərgi təşkil edib


























































































































































































Kainat Şirin


Xalqinfo.az
Geri qayıt