DataLife Engine > Sosial > Bakı metrosunda problem:

Bakı metrosunda problem:


22-06-2015, 16:14. Yerləşdirdi: Kainat Bakı metrosunda problem: “Bakı Metropoliteni”ndə qatarların hərəkətində gecikmə olub.

Xalqinfo.az bildirir ki,hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatar “Koroğlu”dan “Ulduz” stansiyasına hərəkət edərkən tuneldə qalıb.

“Bakı Metropoiteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a açıqlamasında gecikmənin nasazlıqla bağlı olduğunu deyib.

“Nəriman Nərimanov” stansiyasında texniki nasazlıq baş verib. Buna görə də, qatarların hərəkətində gecikmə olub. Qatarlar tuneldə qalmayıb. Sadəcə texniki nasazlıq səbəbindən “Həzi Aslanov” stansiyasından hər iki istiqamətdə qatarlar hərəkət sürətini azaldıb. Bu da sərnişinlərin narahatlığına səbəb olub. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində iş aparılır”.

Geri qayıt