DataLife Engine > Sosial, MANŞET > Bakıda polislə sürücü davası (Fotolar)

Bakıda polislə sürücü davası (Fotolar)


22-06-2015, 14:26. Yerləşdirdi: Kainat Bakıda polislə sürücü davası (Fotolar)Bakıda "8-ci kilometr bazarı"nını yaxınlığındakı "Diqlas" alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbəyaxa dava-dalaşla müşayiət olunan insident baş verib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in "Yeni Müsavat"a istinadən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında dava düşüb.

Evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.

Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.

Döyülən şəxs "Nissan-Sanni" markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar, bildiriblər ki, onun vəziyyəti ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.

Sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq polis bölməsinə Nizami rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.

Məsələyə aydınlıq gətirmək üçün Nizami rayon Polis İdarəsilə əlaqə saxladıq. İdarə rəisinin müavini Ədalət Əliyev ANS PRESS-ə açıqlamasında elə bir hadisə barədə xəbərsiz olduğunu bildiridi.
Bakıda polislə sürücü davası (Fotolar)
Bakıda polislə sürücü davası (Fotolar)
Bakıda polislə sürücü davası (Fotolar)
Bakıda polislə sürücü davası (Fotolar)
Bakıda polislə sürücü davası (Fotolar)
Bakıda polislə sürücü davası (Fotolar)
Bakıda polislə sürücü davası (Fotolar)
Geri qayıt