DataLife Engine > Sosial > Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır


30-04-2014, 11:54. Yerləşdirdi: Tural Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır
2014-2015-ci tədris ili ali təhsil müəssisələrinə və orta ixtisas (11illik) təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu bu gün başa çatır.

Xalqinfo.az bildirir ki, azvision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, abituriyentlərin ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun son günüdür.

Eyni zamanda TQDK-dan bildiriblər ki, qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib.
Geri qayıt