DataLife Engine > Sosial > İmtahanın cnəticələri

İmtahanın cnəticələri


26-05-2015, 15:59. Yerləşdirdi: Kainat İmtahanın cnəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş imtahanın nəticələrini elan edib.

ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

Xatırladaq ki, 24 may tarixində I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib.

Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Əgər müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra – iyul ayında TQDK tərəfindən müəyyən olunur.
Geri qayıt