DataLife Engine > Sosial, MARAQLI > Azərbaycanda şok qiymətə mobil nömrələr

Azərbaycanda şok qiymətə mobil nömrələr


25-05-2015, 16:04. Yerləşdirdi: Kainat Azərbaycanda şok qiymətə mobil nömrələrHazırda satılan mobil nömrənin qiyməti 2500 manatadır

Bakıda avtomobil qiymətinə mobil nömrələr satılır.

ANS PRESS-in məlumatına görə, hazırda satışdı olan nömrələrdən 2500 manata mobil nömrə satılır. 050 602 02 02 olan həmin nömrə ilə indiyə qədər onlarla insan maraqlanıb. Eyni nömrənin 051 ilə başlayanı isə 1250 manatadır.

Mobil telefon və nömrə satışı ilə məşğul olan şəxsin sözlərinə görə, buna qədər 5 minə qədər qiyməti olan nömrələr də satışda olub.

"Alıcılar var ki, ancaq bahalı nömrə axtarır. Adam var elə nömrə istəyir ki, onun müqabilində lap 15 min manat da ödəməyə hazırdır". - deyə satıcı bildirib.
Geri qayıt