DataLife Engine > Sosial > “Mercedes”də qısa qapanma oldu,sex yandı

“Mercedes”də qısa qapanma oldu,sex yandı


2-05-2015, 14:23. Yerləşdirdi: Kainat  “Mercedes”də qısa qapanma oldu,sex yandı Bakıda avtomobillərin təmiri sexində yanğın baş verib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Yasamal rayonunun M.Xiyabani küçəsində yerləşən avtomobillərin təmiri sexində qeydə alınıb.

DİN-dən bildirilir ki, Bakı şəhər sakini Rövşən Dadaşova məxsus “Mercedes” markalı avtomobildə qısa qapanmadan yanğın başlayıb.

Yanğın nəticəsində, avtomobilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. R.Dadaşov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Mənbə
ANS PRESS
Geri qayıt