DataLife Engine > Sosial, Din > Balıq, dərman və qazdan

Balıq, dərman və qazdan


24-04-2015, 15:04. Yerləşdirdi: Kainat Ötən gün Azərbaycanda 6 nəfər zəhərlənib.

"XALQİNFO" bildirir ki,ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə ölkəni müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, aprelin 23-də Şabran rayonunun Qorgan kəndində yaşayan Mehman Tahirov, arvadı İlahə və qızı Mənzurə evlərindən qidadan (balıqdan) zəhərləniblər.

Gəncə şəhərində yaşayan Rusiya Federasiyası vətəndaşı Fəridə Nəsibova isə evdə dəm qazından zəhərlənib.

Xəzər rayonunun Türkan qəsəbə sakini Əfsanə Balayeva qəbul etdiyi dərmandaan zəhərlənib.

Ona oxşar hadisə isə Xırdalan şəhərində qeydə alınıb. Orada yaşayan Aynur Məlikova dərmandan zəhərlənib.Bütün halarda halı pisləşənlər müvafiq xəstəxanalara yerləşdiriliblər.

Geri qayıt