DataLife Engine > Sosial > WhatsApp istifadəciləri ehtiyatlı oldun

WhatsApp istifadəciləri ehtiyatlı oldun


19-01-2015, 15:45. Yerləşdirdi: Kainat WhatsApp istifadəciləri ehtiyatlı oldunDünyanın ən populyar mesajlaşma proqramı olan "WhatsApp" əgər bu sürətlə böyüsə istifadəçiləri üçün problem yarana bilər. XALQİNFO.AZ bildirir ki, 2014-cü ilin avqust ayında aylıq 600 milyon fəal istifadəçi syaını bu il 700 milyona çatdırıb.

Yaxın zamanda isə istifadəçilərin sayının bir milyardı ötəcəyi gözlənilir. "WhatsApp" bu sürətlə böyümə ilə birlikdə istifadəçilərin spam mesajlarının hücumuna məruz qala bilər.

Belə ki, "WhatsApp"la VoIP operatorlarından istifadə edilməklə telefon nömrələri yaradılır və açılan hesablarla başqa nömrələrə spamlar göndərilir.

Spamlar isə əsasən ABŞ, Hindistan və Avropa ölkələrindəki istifadəçilərə gedir. Əslində bu spamları göndərən servis mərkəzlərini tapmaq çox asandır.

"WhatsApp" ötən il "Facebook" tərəfindən 19 milyard dollara satın alınmışdı. O zamandan mesajlaşma proqramında bir sıra yeniliklər tədbiq edilməsi üçün layihələr hazırlanıb.
Mənbə
ANS PRESS
Geri qayıt