» » Azərbaycanı sevən erməni

Azərbaycanı sevən erməni qadın

Bölmə: Sosial, Dünya, BLOK XƏBƏR
Azərbaycanı sevən erməni Əslən Naxçıvanın Əylis kəndindən olan və hazırda İrəvanda yaşayan 75 yaşlı Varvara Arutyunova Azərbaycan rəhbərləri Əbdürrəhman Vəzirov və Əbülfəz Elçibəyə xidmət göstərdiyini bildirir.

Xalqinfo.az-ın məlumatına görə, uzun müddət İsraildə yaşamış qadın qızının xəstəliyi üzündən Ermənistana yerləşib və 4,5 ildən çoxdur ki, orada qocalar evində yaşayır. “Mən Bakıda hökumət xəstəxanasında işləmişəm, baş tibb bacısı idim. Çox saylı pasientlərim içində Əbdürrəhman Vəziyrov, Əbülfəz Elçibəy də var idi. Bizim rəhbərimiz tanınmış kardioloq Yevgeni Çazov idi", - deyə Varvara Arutyunova bildirib. Onun əri Vladimir Arutyunov Bakıda məşhur dərzi olub.

Erməni qadını qocalar evinə yeznəsi yerləşdirib. Yeznə 7 ay evində yaşamış Varvara Arutyunovanı yola verməyib və onu qocalar evinə qovub. Biçarə qadın yenidən İsrailə mühacirət etmək istəyir.

Varvara Arutyunovanın əhvalatı ermənilərin Azərbaycan ksenefobiyası barədə uydurduğu yalanları darmadağın edir. Erməni millətindən olan bu qadın hətta millətçi-demokrat Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanın hökumət xəstəxanasında işləyib. Özünün dediyi kimi ona “gözün üstə qaşın var” deyən olmayıb. Amma İrəvanda erməni millətindən olan yeznəsi onu evindən çıxararaq çöllərə salıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler