» » İcra başçısı yolka ilə şəkil çəkdirənlərdən 1 manat yığdırır

İcra başçısı yolka ilə şəkil çəkdirənlərdən 1 manat yığdırır

Bölmə: Sosial
İcra başçısı yolka ilə şəkil çəkdirənlərdən 1 manat yığdırır

Nizami Rayon İcra Hakimiyyəti (RİH) metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı parkda qurulmuş Yeni il yolkasının ətrafında fotoşəkil çəkdirmək istəyənlərin hər birindən 1 manat yığır.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı blogger Mehman Hüseynov öz facebook səhifəsində paylaşıb.

Blogger yazır ki, yolkanın ərtafı dörd bir tərəfdən bağlanıb. Yalnız bir yerdə stol qoyulub. Stolun arxasında isə pulyığanlar oturub. Yolkanın ətrafında öz mobil telefonları və ya fotoaparatla şəkil çəkdirmək istəyənlər bu arzularına yalnız həmin adamlara 1 manat verəndən sonra çata bilərlər. Onlara yolkaya yaxınlaşmağa yalnız pulu ödəyəndən sonra icazə verilir. Ailəvi şəkildə fotoşəkil çəkdirmək istəyənlər isə ailə üzvlərinin hər biri üçün 1 manat ödəməlidir.

Blogger M.Hüseynov onu da bildirir ki, bütün bunlar Nizami RİH rəhbərliyi tərəfindən təşkil olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler