» » “28 Mall”dakı yanğın söndürüldü-

“28 Mall”dakı yanğın söndürüldü- Fotolar+Yenilənib

Bölmə: Sosial
“28 Mall”dakı yanğın söndürüldü-
Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın baş verib.

"qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 7-8 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub.

Ticarət mərkəzinin yanğın baş verən mərtəbəsində olan şəxslər təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***
“28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“28 Mall”dakı yanğın söndürüldü-
“28 Mall”dakı yanğın söndürüldü-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler