» » 50 ildən nikahlandılar

50 ildən nikahlandılar - video

Bölmə: Sosial, MARAQLI
 50 ildən nikahlandılar



Yarım əsr sonra nikah masasına əyləşmək ayrı bir həyəcan olmalı. Türkiyənin Şanlıurfa şəhərində məhz belə bir hadisə yaşanıb. 73 yaşlı İsmət İssi ilə 70 yaşındakı Asiyə İri cütlüyü 50 il sonra rəsmi nikah qıyıblar.

Xalqinfo.az ATVxəbər.az-az-a istinadən bildirir ki, dini nikahla ailə həyatı quran cütlük rəsmi nikah etdirmək istəsələr də heç cür buna imkan tapa bilməyiblər. Övladlarına hər zaman rəsmi nikah sənədinə sahib olmaq istədiyini deyən Asiyə İriyə elə bu nikah mərasimini övladları hədiyyə ediblər. Gəzə bilmədiyi üçün övladının qucağında məntəqəyə gətirilən İsmət İssi də həyat yoldaşı və övladlarının bu istəyinə razılıq verib. Şahidlərin hüzurunda baş tutan mərasim zamanı cütlük “xəstəlikdə və sağlıqda yaxşı gündə və pis gündə” bir yerdə olavcaqlarına söz veriblər.

11 uşaq və 42 nəvə sahibi olan cütlüyün nikah mərasimi hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Hətta bu mərasimdən sonra nikahsız yaşayan bir çox cütlüyün rəsmi nikah bağlamaq üçün bələdiyyəyə müraciət etdiyi deyilir.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler