» » Ağır tonnajlı avtomobillər yığılır

Ağır tonnajlı avtomobillər yığılır

Bölmə: Sosial
Ağır tonnajlı avtomobillər yığılır


Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi növbəti əməkdaşlıq müqavəsinə imza atıb. Bu sənədə əsasən müəssisədə yeni yüksək keçidli, ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımı nəzərdə tutulur.

Xalqinfo.az ANS PRESS-ə istinadən bildirir ki, bu barədə xəbəri zavodun mətbuat xidməti yayıb. Gəncə Avtomobil Zavodu İB-dən verilən məlumata görə dekabrın 22-də Rusiyanın Kamaz zavodu ilə ikitərəfli müqavilə imzalanıb. Sənədə görə 2015-ci ilin əvvəlindən başlayaraq Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start veriləcək. Rusiya müəəsisəsi tərəfindən müqaviləni Kamaz zavodu baş direktorunun müavini Çıqanov Vasiliy Vitaliyeviç, Azərbaycan tərəfindən isə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov imzalayıb.

Uzun müddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən yığılacaq Kamaz avtomobillərinin ilk zamanlar Azərbaycan bazarında, sonralar isə xarıcı bazarlarda satışı nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler