» » Aydın Əliyev 5 rayonun sakinləri ilə görüşəcək

Aydın Əliyev 5 rayonun sakinləri ilə görüşəcək

Bölmə: Sosial
Aydın Əliyev 5 rayonun sakinləri ilə görüşəcəkDövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dekabrın 26-da Naftalan şəhərində Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küç. 01) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

apa-nın məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 25-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-44), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler