» » Borcunuz varsa, işığınız kəsiləcək-

Borcunuz varsa, işığınız kəsiləcək- Xəbərdarlıq

Bölmə: Sosial
Borcunuz varsa, işığınız kəsiləcək- “Bakıelektrikşəbəkə” borclu paytaxt sakinlərinə xəbərdarlıq edib.

Xalqinfo.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, “Bakıelektrikşəbəkə”nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 22 dekabr 2014-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Enerji təchizatı dayandırılmış abonentlər haqqında informasiya bazasında müvafiq qeydlər aparılacaq və borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma halllarının olmaması üçün reydlər keçiriləcək.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler