» » Yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb

Yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb

Bölmə: Sosial
Yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıbAzərbaycanda məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, artıq ümumi təhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam etməkdədir.
Bu il ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28 758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin ölkənin bütün regionlarını əhatə etməsi nəzərdə tutulub.
2014-2015-ci tədris ilindən Azərbaycanda ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler