Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakının bu ərazilərində su kəsiləcəkBölmə: Sosial, BLOK XƏBƏR
![]() Bakının bir sıra ərazilərində su kəsiləcək. Musavat.com xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. "Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq", - ASC rəsmisi qeyd edib. |
|