» » Hər iki ayağı amputasiya olunmuş əsgərimiz Türkiyədən qayıdır

Hər iki ayağı amputasiya olunmuş əsgərimiz Türkiyədən qayıdır

Bölmə: Sosial, BLOK XƏBƏR
Hər iki ayağı amputasiya olunmuş əsgərimiz Türkiyədən qayıdır
Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun yaralı əsgəri Sərxan Tahirzadə gələn həftənin 3-cü günü Vətənə qayıdacaq. Həkimlər hər iki ayağı amputasiya edilmiş 19 yaşlı Sərxan Tahirzadəyə protez qoyublar və o, artıq sərbəst yeriyə bilir.
"Xalqinfo" modern.az-a istyinadən xəbər verirki:

Sərxan Tahirzadə protezlə adaptasiya dövrünü də başa vurub, sərbəst yeriyə bilir.

O, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Hadisə cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı baş verib. Sərxan ailəsinin yeganə övladıdır.

Ankarada müalicə alan digər iki hərbçimiz - qarın nahiyəsindən ağır güllə yarası almış Elvin Əsgərov və və bir gözünü itirmiş Ədalət Məmmədov da bir müddət öncə Türkiyədədən Azərbaycana qayıdıblar.

Azərbaycanın 3 yaralı əsgəri müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılmışdı. Əsgərlərimiz Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler