» » Türkiyənin media nümayəndələri BDU-da

Türkiyənin media nümayəndələri BDU-da

Bölmə: Sosial
Türkiyənin media nümayəndələri BDU-daMətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid! mövzusunda iki günlük konfrans keçirilir.Xalqinfo.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin Bakı Dövlət Universitetində görüşü də nəzərdə tutulub.


Türkiyə Radio Televiziyasının baş direktoru Şenol Goka, TRT AVAZ Kanal Koordinatoru Murat Akkoç, TRT-nin Bakı Təmsilçisi Yıldıray Arslan BDU-da olub. Universitetin rektoru, akademik Abel Məhərəmov qonağı salamlayıb, universitetin tarixi və jurnalistika fakültəsi haqqında qonaqlara məlumat verib. BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev qonaqlara fakültənin inkişafından danışıb.

Görüşdə media, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler