» » Heydər Əliyev prospekti –

Heydər Əliyev prospekti – 80 min maşın

Bölmə: Sosial
Heydər Əliyev prospekti –Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən ay paytaxtda nəqliyyat vasitələrinin hərəkət etdiyi küçə və prospektlərin adlarını açıqlayıb.

Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı APA-nın sorğusuna cavabında bildirib ki, noyabr ayında orta hesablamalara görə, gün ərzində paytaxt ərazisində nəqliyyat vasitələrinin ən çox sıxlığı Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, noyabr ayında Heydər Əliyev prospektində şərq istiqamətində 82813, qərb istiqamətində isə 76216, Tbilisi prospektində cənub istiqamətində 39606, şimal istiqamətində 47537, Neftçilər prospektində şərq istiqamətində 69569, qərb istiqamətində 43519, Azadlıq prospektində cənub istiqamətində 32814, şimal istiqamətində 30527, Rəşid Behbudov küçəsində şimal istiqamətində 40876, Həsən Əliyev küçəsində şərq istiqamətində 27284, qərb istiqamətində 24690, Abbasqulu Ağa Bakıxanov küçəsində isə şərq istiqamətində 41685, qərb istiqamətində 33650 nəqliyyat vasitəsi hərəkət edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler