» » Səhiyyə Nazirliyi 153 sahibkara görə istintaqa müraciət edib

Səhiyyə Nazirliyi 153 sahibkara görə istintaqa müraciət edib

Bölmə: Sosial
Səhiyyə Nazirliyi 153 sahibkara görə istintaqa müraciət edib711 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub

Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən aparılmış laboratoriya müayinələrinin nəticələrinə görə, bu ilin 11 ayı ərzində gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 711 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən lent.az-a verilən məlumata görə, qanun pozuntularına yol verdiyinə görə 153 sahibkarla bağlı istintaq orqanlarına müraciət olunub.
İl ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 153 obyektin istismarı dayandırılıb.
11 ay ərzində kimyəvi göstəricilərinə görə 6435 yeyinti məhsulundan nümunələr götürülüb, onlardan 148-də normadan kənaraçıxma qeydə alınıb. Bakteroloji göstəricilərinə görə 7299 nümunədən 103-də normadan kənaraçıxma aşkar olunub.
Şadlıq evlərindən isə 17 min 901 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 229 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
1114 qida zəhərlənməsi hadisəsindən 1242 nəfər zərər çəkib.
Qeyd olunan müddət ərzində 21 botulizm hadisəsinin qeydə alınıb. Bunun da nəticəsində 37 nəfər zərər çəkib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler