PA rəsmisi: "Regionlarda erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi iş aparılmalıdır"

Bölmə: Sosial
PA rəsmisi:"Azərbaycan regionlarında gənclərimizin zərərli vərdişlərdən yayınması və erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi şəkildə iş aparılmalıdır".

trend-in məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bu gün "Sağlam gənclik, sağlam gələcək" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, regionlarda valideynlər gənc qızları ailə qurmağa vadar edirlər. Bu baxımdan, onlar arasında fiziki və mənəvi sağlamlıqla bağlı təbliğat işləri aparılmalıdır.

Gənclərin sağlamlıq məsələlərinə xüsusi önəm verilməsini vacib sayan V.Quliyev deyib ki, gənclər təşkilatları və özəl şirkətlər birlikdə gənclərin sağlamlıqlarının qorunması istiqamətində ciddi nailiyyətlər əldə etməyə çalışmalıdırlar: "Bu, mənim müşahidələrimin nəticəsidir. Bu gün ölkəmizdə aparılan sağlamlıqla bağlı tədbirlərin əksəriyyətinin müəllifi məhz gənclər təşkilatlarıdır. Fleşmoblar, aksiyalar, maarifləndirmə tədbirlərinin gənclər təşkilatları tərəfindən keçirilməsi üstünlük təşkil edir. Bu məsələlərdə Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının da böyük rolu var. Çünki maliyyə dəstəyi olmadan bunları reallaşdıra bilməzlər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler