» » DGK-dan İdarədə ölən vətəndaşla bağlı rəsmi açıqlama

DGK-dan İdarədə ölən vətəndaşla bağlı rəsmi açıqlama

Bölmə: Sosial
DGK-dan İdarədə ölən vətəndaşla bağlı rəsmi açıqlama
Dövlət Gömrük Komitəsi bu gün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində baş vermiş ölüm faktı ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Azərbaycan Respublikası vətəndaşı, 1962-ci il təvəllüdlü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşib və dünyasını dəyişib.

Belə ki, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında nəqliyyat vasitəsinin içərisində Elşən Sadiqovun halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin tibb işçilərinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bəzi kütləvi informasiya vasitələri mərhumun ölüm səbəbini guya gömrük ərazisindəki sıxlıqla, rəsmiləşdirmə ilə əlaqələndirərək həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bir daha onu qeyd edək ki, gömrük ərazisində heç bir sıxlıq olmayıb, üstəlik hadisə gömrük rəsmiləşdirilməsi prosesindən əvvəl baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler