» » Nazirlikdən pensiyaçılara xəbərdarlıq!

Nazirlikdən pensiyaçılara xəbərdarlıq!

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya, pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə yayılan məlumatlara münasibət bildirib.

Xalqinfo”nun məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbərti Fazil Talıblı feysbukda yazıb ki, həmin şəxslərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır: “Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər.

Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler