» » Bakıda “ağac terrorçuları”na cəmi 50 min cərimə –

Bakıda “ağac terrorçuları”na cəmi 50 min cərimə – Rəsmi

Bölmə: Sosial, BLOK XƏBƏR
Bakıda “ağac terrorçuları”na cəmi 50 min cərimə –Bakının mərkəzində ağacları kəsən şəxslər cəzalanacaq.

Bu barədə məlumatı aznews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib. Onun sözlərinə görə, dünən məsələ barədə məlumat yayınlandıqdan sonra Nazirliyin əməkdaşları sözügedən əraziyə yollanıblar. Nazirlik sözçüsünün dediyinə görə, aparılan araşdırma zamanı həmin ərazidə ağackəsimi faktı qeydə alınıb:
“Nazirlik ağac kəsimi ilə bağlı məlumatı alandan sonra əməkdaşlarını dərhal əraziyə göndərdi. Sözügedən ərazidə doğrudan da ağac kəsimi faktı aşkarlandı. Məlum oldu ki, kəsilə ağaclar safora ağacları olub. Bununla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə protokol tərtib olunub. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə əsasən həmin Birliyin hüquqi şəxs qismində 40-50 min manat cərimə olunması üçün tədbirlər görülür”.

Qeyd edək ki, ötən gün ötən gün Bakının mərkəzində “yaşıl soyqırım” barədə məlumat vermişdik. AzNews.az-ın əməkdaşı Nəsimi rayonu ərazisində, Salatın Əsgərova (Təzə Bazarın yanında) küçəsində ağacların məhv edilməsinin fotolarını da əldə etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler