» » “Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”

“Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”
Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi sürücülərə və piyadalara müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: “Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. Bu da çox ciddi həyacan siqnalının verilməsi deməkdir. Bu hallar bizi və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Vətəndaşlar Yol Hərəkəti haqqında qanunun 40-cı maddəsi yaxşı öyrənilməli və tələbləri yerinə yetirməlidirlər. Tövsiyə edirik ki, yolun qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümüdür, qaranlıq tez düşür. İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, bu gün piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir.

Buna görə də piyadalar səki ilə hərəkət etməlidir, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdə keçməlidir, onların üzərində işıqqaytarıcı elementlər olmalıdır, yaxınlaşmaqda olan avtomobillər diqqət etməlidir, onların sürətini qiymətləndirməyi bacarmalıdır, yaxınlaşan avtomobilin qarşısından qaçmamalıdır, onları çaşdırmamalıdırlar. Avtomobillərin tam dayandığına əmin olub yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçsinlər.

Sürücülərə müraciət edirik ki, işıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler