» » Bakıdakı sənədsiz evlərin qeydiyyatı üçün hər şey hazırdır

Bakıdakı sənədsiz evlərin qeydiyyatı üçün hər şey hazırdır

Bölmə: Sosial, MANŞET
Bakıdakı sənədsiz evlərin qeydiyyatı üçün hər şey hazırdır
2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

Daha sonra - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.

Lakin indiyə qədər sənədsiz evlərin məsələsi həll olunmayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına bildirib ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb: “Bütün sənədlər artıq komissiyaya daxil olub”.

Deputat hər şey hazır olsa da, gecikmənin səbəbinin anlaşılmaz olduğunu bildirib:

“Məndə olan məlumata görə, sənədlər artıq hazırdır. Sadəcə, sənədləşdirilməyə qərar vermək lazımdır. Amma bunu niyə gecikdirirlər, bilmirəm. Hazırda məsələ onların ixtiyarındadır.

Bu evlər mütləq sənədləşdirilməlidir. Çünki Bakıda həddindən çox söküntü işləri gedir. İnsanlara müxtəlif səbəblərdən qeydiyyat mütləq lazımdır. Qeydiyyatsız evlərin sənədləri tezliklə həll olunmalıdır. Əgər prezident İlham Əliyevin xüsusi göstərişi varsa, məsələni yubatmaq olmaz”.

Qeyd edək ki, rəsmi şəxslərin dediyinə görə, Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var.

Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilmiş evlərlə bağlı araşdırma aparılıb, ilkin və siyahıya salınma işləri də görülüb. Amma hazırda sözügedən məsələ ölü nöqtədədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler