» » Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır

Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır

Bölmə: Sosial
Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılacaq.

"Xalqinfo" xəbər verir ki, noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

İclasda Baş Nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler