» » İlham Əliyev argentinalı həmkarını təbrik etdi

İlham Əliyev argentinalı həmkarını təbrik etdi

Bölmə: Sosial
İlham Əliyev argentinalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu göndərib.

"Xalqinfo" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler