İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədiBölmə: Sosial
![]() Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Mollaməhərrəmli kəndində keçirilib.Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.Səyyar qəbulda çıxış edən Alı Alıyev rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu bildirib. O, rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb. "Xalqinfo" xəbər verir ki, Alı Alıyev həmçinin Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələrindən də danışıb. Mollaməhərrəmli kəndinin ümumi əhalisi 816 nəfərdi, hal-hazırda 350 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 645 nəfərə hər ay 38700 manat vahid aylıq müavinət ödənilir, 1 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Mollaməhərrəmli kəndində 1 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 117 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 117 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Xalqinfo.az |
XƏBƏR LENTİ
12.12.19 01:15 | Elman Nəsirov: “Məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırıram ki…”
12.12.19 00:33 | Heydər Əliyevin vəfatından 16 il keçir
11.12.19 16:09 | İlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib
11.12.19 15:29 | İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür
11.12.19 15:18 | “Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”
11.12.19 15:00 | Deputat köməkçilərinin aqibəti necə olacaq?
11.12.19 14:32 | Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi
11.12.19 14:15 | Əli Həsənov Fəxri Xiyabana gəldi
11.12.19 14:00 | Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası
11.12.19 13:55 | Ramiz Mehdiyev iki institutun strukturunu dəyişdirdi
11.12.19 13:19 | Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yaydı
11.12.19 13:08 | Qarabağ İcmasının sədri: Ermənistanın yalanlarına inanmırlar
11.12.19 13:06 | Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir
11.12.19 12:24 | Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi
11.12.19 11:49 | Nazir müavini şprislərlə bağlı xəbərlərdən danışdı
11.12.19 11:30 | Sabah bu yollar bağlanacaq
11.12.19 11:10 | “YAP-ın siyahısında tanınmış adamlar olacaq”
|