Bələdiyyə üzvlüyünə namizədlərin seçki sənədlərinin qəbulu başlayırBölmə: Sosial
![]() Bu gündən Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır. Mərkəzi Seçki Komissiyasından (MSK) "Xalqinfo"ya verilən məlumata görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir. Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir. Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir. Bundan əlavə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti noyabrın 3-də sona çatır. Qeyd edək ki, hazırda Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb. Bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciət edən namizədlərdən 2896-ı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə baxılır. Xalqinfo.az |
XƏBƏR LENTİ
12.12.19 17:02 | Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır
12.12.19 17:00 | Əli Əhmədov Zelenski ilə görüşüb
12.12.19 16:59 | Bakı metrosunun iş vaxtı uzadıldı
12.12.19 16:53 | Heydər Əliyevin tarixi çıxışı
12.12.19 16:38 | Təhsil işçiləri Fəxri xiyabanı ziyarət etdi
12.12.19 15:45 | Nazir müavinindən məktəblərdə Yeni il tətili açıqlaması
12.12.19 15:25 | Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
12.12.19 15:17 | Xalq artisti xəstəxanaya yerləşdirildi
12.12.19 14:50 | Rusiya Almaniya səfirliyinin 2 əməkdaşını arzuolunmaz şəxs elan edib
12.12.19 14:36 | Sabahın hava proqnozu açıqlanıb
12.12.19 14:08 | Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb
12.12.19 13:48 | Refat Çubarov hava limanında saxlanıldı
12.12.19 13:35 | “Milli Şura zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmir” -
Siyavuş Novruzov
Siyavuş Novruzov
12.12.19 13:07 | YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
12.12.19 12:49 | “AÇG-dən indiyədək 291 mln. ton mənfəət nefti satılıb” - SOCAR-ın I vitse-prezidenti
12.12.19 12:37 | Əli Əhmədov bu gün Azərbaycanı GUAM-da təmsil edəcək
12.12.19 12:03 | Zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı - Fotolar
|