» » Azərbaycan Asiyanın ən güclü ordusu siyahısında

Azərbaycan Asiyanın ən güclü ordusu siyahısında

Bölmə: Sosial
Azərbaycan Asiyanın ən güclü ordusu siyahısında
Azərbaycan Asiya qitəsi ölkələrinin ən güclü ordusu reytinqində 21-ci yerdə qərarlaşıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb. Hesabatda ümumilikdə 45 Asiya ölkəsi yer alıb.

Asiya ən güclü orduları siyahısında ilk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İran, Pakistan, İndoneziya, İsrail yer alır.

Özbəkistan 19, Suriya 20, Azərbaycan isə 21-ci yerdə, Gürcüstan 33, Ermənistan 38-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2019-ci ildə Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 52-ci, Gürcüstan 85-cü, Ermənistan isə 92-cü yerdə qərarlaşmışdı.

Xatırladaq ki, Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir. Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır. Siyahıya daxil edilmiş 137 ölkənin ordusu beş əsas qrup üzrə: ordunun tərkib sayı; quru, hava, hərbi-dəniz qüvvələrinin silah sayı; maliyyələşdirmə həcmi; coğrafi yerləşmə; təbii resurslara görə qiymətləndirilir.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler