» » Azərbaycanda ov günlərinin sayı artırılıb

Azərbaycanda ov günlərinin sayı artırılıb

Bölmə: Sosial
Azərbaycanda ov günlərinin sayı artırılıb
Ov günlərinin sayının artırılması ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın iclası keçirilib.

"Xalqinfo"nun xəbərinə görə, bunu jurnalistlərə nazirliyin departament direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədilə ov günləri həftənin şənbə və bazar günləri kimi müəyyən edilib. Lakin son günlər vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq, onların istirahət imkanlarının genişləndirilməsi məqsədilə həftənin şənbə və bazar günlərindən əlavə cümə gününün də ov günlərinə aid edilməsi ilə bağlı iclasda qərar qəbul olunub və rəsmiləşdirilib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler