» » Ağdamda məcburi köçkünlər üçün yeni bina tikilir

Ağdamda məcburi köçkünlər üçün yeni bina tikilir

Bölmə: Sosial
Ağdamda məcburi köçkünlər üçün yeni bina tikilir
Ağdamda məcburi köçkünlər üçün 50 mənzilli yeni bina tikilir.

"Xalqinfo"nun Qarabağ bürosunun xəbərinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdirdiyi binada 1, 2, 3 və 4 otaqlı mənzillər olacaq.

Ağdam rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Abduləli Mehdiyev APA-nın yerli bürosuna deyib ki, binaya ən ağır mənzil şəraitində yaşayan ağdamlı köçkün ailələr yerləşdiriləcək.

A. Mehdiyev əlavə edib ki, gələn ilə rayonda 1440 ailəlik çoxmərtəbəli bina inşa ediləcək. Bu məqsədlə 20 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinin aparılması üçün lazımı sənədlər hazırlanır. Hazırda ərazinin baş planı və layihələndirmə işləri aparılır.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler