» » Nazirlik əlilləri bir yerə topladı

Nazirlik əlilləri bir yerə topladı

Bölmə: Sosial
Nazirlik əlilləri bir yerə topladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb.

Nazirlikdən "Xalqinfo"ya bildirilib ki, ilkin olaraq 5 şəhər və rayonda – Sumqayıt şəhərində, Abşeron, Zaqatala və Bakının Binəqədi, Sabunçu rayonlarında 300 nəfər əlilliyi olan şəxs təlimlərə cəlb edilib. Növbəti mərhələdə daha 7 rayonda 400 nəfər proqram iştirakçısı üçün təlimlərə başlanacaq. Ümumilikdə isə dekabr ayında təlimlər tam olaraq yekunlaşdırılacaq.

Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir.

Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler