» » Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir

Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir

Bölmə: Sosial
Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir
Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının növbəti X qurultayı başlayıb.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.

Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayev da iştirak edir.

Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler