» » Baş prokurorun birinci müavini Ağcabədidə vətəndaşlarla görüş keçirəcək

Baş prokurorun birinci müavini Ağcabədidə vətəndaşlarla görüş keçirəcək

Bölmə: Sosial
Baş prokurorun birinci müavini Ağcabədidə vətəndaşlarla görüş keçirəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il noyabrın 8-də saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokuroirluğun mətbuat xidmətindən "Xalqinfo"ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler