» » Prezidentin irad tutduğu yolda işlərə başlanıldı

Prezidentin irad tutduğu yolda işlərə başlanıldı - AÇIQLAMA

Bölmə: Sosial
Prezidentin irad tutduğu yolda işlərə başlanıldı
Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələdə yol açılışı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədova iradlarını bildirib.

“Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?”.


Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlama verib. A.Nəcəfli bildirib ki, artıq Prezidentin iradları ilə bağlı işlərə başlanılıb:

“Ölkə başçısı Qəbələdə açılışda olarkən İsmayıllı yolu ilə bağlı iradları bildiriib. Hazırda yolun yenidən qurulması ilə bağlı AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Topoqrafiya planlanma işləri həyata keçirilir. Yaxın günlərdə geodeziya kəşfiyyat işlərinə başlanılacaq. Xüsusi dronlar vasitəsilə yolun elektron xəritəsi hazırlanacaq. Layihə tam olaraq hazırlandıqdan sonra bu ilin sonuna kimi aidiyyatı üzrə təhvil veriləcək. Bütün dövlət qurumlarının razılığından sonra növbəti ilin investisiya proqramına salınıb işlərə başlanılacaq”.

Agentlik rəsmisi qeyd edib ki, yolun başlanğıcı Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 133-cü kilometrliyindən start götürür:

“Yolun ilk 16 kilometrlik hissəsi 4-cü texniki dərəcəlidir. Digər 16-40-cı kilometrlik hissəsi 3-cü texniki dərəcəlidir. Yolun eni 6-7 metr arası dəyişir. 0-8-ci kilometr hissəsində sürüşmə nöqtələri mövcuddur. Yol 1978-ci ildə o vaxtkı norma və standartlara uyğun inşa olunub. Hazırkı norma və standartlara cavab vermir. Ona görə də yolda tez-tez dağılmalar, qabara-çökmələr əmələ gəlir. Sürüşmə nöqtələrində problemlər mövcuddur. Layihə təsdiqləndikdən sonra tam olaraq yolun müasir şəkildə 2-ci texniki dərəcəyə uyğun işlənib hazırlanması nəzərdə tutulub”.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler