» » Noyabrda Azərbaycanda sterilizasiya qurğusu istifadəyə veriləcək

Noyabrda Azərbaycanda sterilizasiya qurğusu istifadəyə veriləcək

Bölmə: Sosial
Noyabrda Azərbaycanda sterilizasiya qurğusu istifadəyə veriləcək
Azərbaycanda sterilizasiya qurğusu gələn ay istismara veriləcəyi gözlənilir.

"Xalqinfo"nun əldə etdiyi məlumata gərə, qurğunu oktyabr ayında istismara veriləcəyi proqnozlaşdırılsa da, Macarıstandan Azərbaycana səfər edəcək mütəxəssislərin iş qrafikinə dəyişiklik edildiyindən, müddət noyabr ayına uzadıldı.

Noyabr ayında sterilizasiya qurğusunun istismara verilməsi ilə bağlı rəsmi açılış mərasimi gözlənilir. Qurğunun işə salınması üçün zəruri olan izotoplar artıq yüklənilib və qurğu tam olaraq istismara hazır vəziyyətdədir. 

Qeyd edək ki, Azərbaycan tərəfi layihəni Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlıq proqramı çərçivəsində birgə həyata keçirib. Layihənin icrasına 6 mln. manat investisiya yatırılıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler