» » Sabitlik firavan cəmiyyətlər üçün çox vacibdir

Sabitlik firavan cəmiyyətlər üçün çox vacibdir - BMT baş katibi

Bölmə: Sosial
Sabitlik firavan cəmiyyətlər üçün çox vacibdir
Qoşulmama Hərəkatının sammitində BMT baş katibinin siyasi məsələlər və sülh quruculuğu üzrə müavini Roza Dikarlo çıxış edib.

"Xalqinfo"
xəbər verir ki, o, BMT-nin Baş katibi Antonio Quterreşin sammitə ünvanlandığı müraciətini oxuyub.

BMT-nin baş katibi QH-nın 18-ci sammitini salamlayıb, Azərbaycanı təşkilata sədrliyi münasibətilə təbrik edib. Baş katibin müraciətində daha sonra deyilir:

“Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfə verir. Həmçinin onun dünyada sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələr də danılmazdır. Bu gün planet əhalisinin böyük hissəsi geridə qalır. Ölkələrdə millətçilik və populizm meyillərinin gücləndiyi hiss edilir. Silahlı münaqişələr artır, terrorçuluqla, mütəşəkkil cinayətkarlıqla bağlı hadisələr çoxalır. Həmçinin, çoxtərəfliliklə bağlı skeptik yanaşmanı görürük. Bizim 75 il ərzində qurduğumuz prioritetlər sual altındadır. Bizim reaksiyamız isə çox pərakəndədir. Biz bu gün əsas çağırışlara cavab verməliyik. Bizə çoxtərəfli şəbəkə lazımdır ki, onlar da QH-da olduğu kimi sıx işləsinlər. Mən QH-nın silahsızlaşdırma və nüvə silahının qarşısının alınması istiqamətində səylərini alqışlayıram. Biz bilməliyik ki, sabitlik firavan cəmiyyətlər üçün çox vacibdir. BMT-nin “Davamlı İnkişaf Gündəliyi-2030”u qəbul edib. Ancaq həmin gündəliyin qəbulundan 4 il keçməsinə baxmayaq hələ də hədəflərə nail ola bilməmişik. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində problemlər var. Eyni zamanda, burada maliyyə problemləri də var. Resurslar uğrunda mübarizə də qeyri-sabitlik yaradır. Biz ötən ay keçirilən iqlim dəyişkliyi ilə bağlı sammitin yekunlarına baxmalıyıq. Gənc insanların enerji səyləri çox vacibdir”.

Baş katib qeyd edib ki, biz çoxqütblü dünya uğrunda çalışdığımız üçün QH kimi qurumların əhəmiyyəti çox vacibdir:

“Biz dövlətlər arasında dostluq münasibətlərini və insani münasibətləri təmin etmək üçün səylərimizi gücləndirməliyik”.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler