Yeni Azərbaycan Partiyasında da islahatlar aparılmalıdır - MUSA MUSAYEVBölmə: Sosial
“Son islahatlardan sonra bu qənaətə gəlmək olar ki, keçmiş Kommunist Partiyasının dövründən qalan kadrlar yavaş-yavaş istirahətə gedirlər. Bu çox gözəl qəbul olunur və hər bir Azərbaycan vətəndaşının ürəyincədir”. "Xalqinfo" xəbər ki, bu sözləri sabiq deputat, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev söyləyib. O qeyd edib ki, islahatlar hakim Yeni Azərbaycan Partiyasında da aparılmalıdır. Sabiq deputatın fikrincə, vaxtilə hansısa yollarla YAP-a və iqtidara başqa partiyalardan transfer olunmuş bəzi adamlar çirkin məqsədlərini indi də həyata keçirirlər: “Onlar planlı şəkildə YAP-a, bugünkü iqtidara, ulu öndərə, cənab prezidentimizə sədaqətli və əqidəli kadrları partiyanın rəhbər strukturlarından, dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırmaq məqsədilə, qısqanclıq edərək, şər-böhtan atırlar. Son dövrlərdə apardığım araşdırmalar, şahidi olduğum bəzi məsələlər bunu deməyə əsas verir. İnanıram ki, cənab prezidentimiz, YAP-ın sədri İlham Əliyev yaxın zamanda partiyada da islahatlar həyata keçirəcək. Bu gün YAP-ın Mərkəzi Aparatında, o cümlədən rayon şöbələrində çalışan əməkdaşların 99 faizi partiyaya son zamanlar gələnlərdir”. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|