» » Məzahir Pənahovun yeni müavini seçildi

Məzahir Pənahovun yeni müavini seçildi - QƏRAR

Bölmə: Sosial
Məzahir Pənahovun yeni müavini seçildi
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Xalqinfo" xəbər verir ki, əvvəlcə Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı Milli Məclisinin 22 oktyabr 2019-cu il tarixli qərarını Komissiya üzvlərinin diqqətinə çatdırıb.

Sonra sədr Məzahir Pənahov Rövzət Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan Katibliyin müdiri vəzifəsinədək yüksəlib.

Komissiya üzvləri R.Qasımovun sədr müavini vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul edilib.

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler