» » “İnsanlar normal məvacibli işlərlə təmin olunmalıdır”

“İnsanlar normal məvacibli işlərlə təmin olunmalıdır”

Bölmə: Sosial, BLOK XƏBƏR
“İnsanlar normal məvacibli işlərlə təmin olunmalıdır”





“Bu il Gürcüstana 5 milyon 300 min turist gəlib. Çünki Gürcüstanda Kutaisi aeroportu var. Oradan 30 avroya Avropaya uçurlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında deputat Rauf Əliyev deyib. O bildirib ki, Kutaisi aeroportu loukosterlərə verilib: “Bizdə də Qəbələdə, Lənkərandakı aeroportlar loukosterlərə verilsə, qiymətlər ucuz olar. Eyni zamanda ölkəyə çoxlu turist gələr”.

Deputat çıxışında həmçinin məşğulluq mərkəzlərində insanlara az maaşlı iş təklif edilməsindən də narahatlığını da ifadə edib. O qeyd edib ki, 3 ay yay tətili ərzində seçildiyi dairədə, insanlar, seçicilər arasında olub: “İnsanlar daha çox sosial məsələlərlə bağlı bizə müraciət və şikayət edirlər. Bildirirlər ki, bizi məşğulluq mərkəzlərinə göndərirlər və bizə orada ən az maaşlı iş təklif edirlər. Bu, artıq kütləvi hal almaqda, işə ehtiyacı olan insanlarda narazılıq doğurmaqdadır. Həmçinin, bildirirlər ki, həmin məşğulluq mərkəzləri onları yüksək məvacibli işlə təmin etməkdə çətinlik çəkdiklərini deyirlər. Axı bu, nə dərəcədə düzgündür? Hesab edirəm ki, bu məsələyə ciddi diqqət ayrılmalı, insanlar normal məvacibli işlərlə təmin olunmalıdırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler