» » Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi -

Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi - Foto

Bölmə: Sosial, BLOK XƏBƏR
Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi -





Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şikayətçi olan vətəndaşın evinə gedib.

“Xalqinfo” xəbər verir ki, bu barədə məlumatı telejurnalist Üzlüfət Burayeva yayıb. O bildirib ki, bir neçə gün əvvəl digər jurnalist Günay Malikqızı adıçəkilən icra başçısı ilə görüşünü paylaşıb. Hər şey Burayevanın həmin paylaşıma yazdığı rəylə başlayıb: “Şərh yazmışdım ki, Badamdara da gəlsin. Sonra icra başçısının müavini Vüqar Şıxməmmədov mənə yazdı:

- Başçını Badamdara dəvət etmisiz. Şikayətiniz var?

Cavab yazdım:

-Bəli, var”.

Telejurnalist qeyd edib ki, müavin bu cavabdan sonra söhbəti uzatmayıb:

“Bu gün evimin həyətində oturub, “somavar”a da od salıb dincəlirdik. Rayon İcra Hakimiyyətindən zəng gəldi. Bildirdilər ki, icra başçı hazırda Badamdardadır və mənimlə görüşmək, şikayətimi dinləmək istəyir. Ünvanı dedim. Saat 17:30-da gələcəyini söylədilər. Sözün düzü, inanmadım”.

Burayeva bildirib ki, saat 17:30-da qapısı döyülüb və Vüqar Zeynalov gəlib:

“Şikayətləri də dinlədi. Onların həlli barədə, eləcə də İcra Hakimiyyəti tərəfindən görülən işlərdən də danışdıq. İnanın, çox xoş oldu”.

Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler